Donçiçdən unikal göstərici
"Los Angeles Leykers" komandasının hücumçusu Luka Donçiç bu mövsüm NBA-da 12 oyunda 414 xal toplayıb və 107 məhsuldar ötürmə edib.
Sportlife.az xəbər verir ki, 26 yaşlı hücumçu liqa tarixində 12 müntəzəm mövsüm oyunundan sonra 400+ xal toplayan və 100+ məhsuldar ötürmə edən ilk oyunçu olub.
Qeyd edək ki, bu mövsüm Donçiç orta hesabla 34,5 xal, 8,8 ribaund və 8,9 məhsuldar ötürmə ilə oynayır.