London klublarının hədəfindəki braziliyalı
"Çelsi" və "Arsenal" "Nottingem Forest"in müdafiəçisi Murilyo ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, "Barselona" da braziliyalı oyunçunun transferində israrlıdır.
Murilyo topla oynaya və uzaqdan hücumlar qura bilən müdafiəçi kimi "Çelsi"nin meneceri Enzo Mareskanın tələblərinə cavab verir.
Futbolçunun transfer dəyəri 80-90 milyon avro olaraq qiymətləndirilir.
Klub oyunçunu satmaq istəmir, lakin bu məbləğə yaxın təklifləri nəzərdən keçirə bilər.