"Bizi "Qarabağ"la ağır oyun gözləyir"

  • Dünən, 16:37

"Qarabağ"la oyuna ötən gündən hazırlaşmağa başlamışıq. Bizi çətin rəqiblə ağır oyun gözləyir".

Sportlife.az xəbər verir ki, bunu İtaliyanın "Napoli" klubunun futbolçusu Alessandro Buoncorno UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"la keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu bildirib: "Öz meydanımızda oynamağımız bizi sevindirir. Bu bizə qələbə qazanmağa kömək edə bilər. Burada oynamaq digər komandalar üçün həmişə çətin olub. "Qarabağ"la oyunda çoxlu enerji sərf edəcəyik, onlar yaxşı formadadırlar. Hər mövqedə diqqətli olmalıyıq. Qələbə qazanaraq bunu Dieqo Armando Maradonaya həsr etmək əla olardı".

Qeyd edək ki, sabah keçiriləcək "Napoli" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Paylaş: