Konte: "Qarabağ" ÇL-in sürpriz komandasıdır"
"Sabah əfsanəvi futbolçumuz Dieqo Armando Maradonanın ildönümüdür. "Qarabağ" üzərində qələbəni ona həsr etmək istəyirik".
Sportlife.az xəbər verir ki, bu sözləri “Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının V turunda İtaliyada “Qarabağ”la keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis Ağdam təmsilçisini cari mövsümün sürpriz komandası olduğunu bildirib: "Onlar "Benfika"nı məğlub ediblər, "Çelsi" ilə isə bərabərə qalıblar. Rəqibin heyətində keyfiyyətli legionerlər var. Oyunun əvvəlindən diqqətli olmalıyıq, çünki onlar matçlarına yüksək templə başlayırlar. Sabah Çempionlar Liqası üçün çox vacib bir addımdır. Şübhəsiz ki, oyuna pozitivliklə çıxacağıq, amma 100 faizimizi verməliyik".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.