"Bavariya" onu buraxmaq istəmir
"Bavariya" müdafiəçisi Dayo Upamekano ilə müqavilənin uzadılması üçün fəal şəkildə çalışır.
Sportlife.az xəbər verir ki, oyunçunun özü isə karyerasını "Real"da davam etdirmək istədiyini bildirib və bu variantı özünün prioriteti hesab edir.
Qeyd edək ki, "Liverpul" və PSJ də Upamekano ilə maraqlanır. Bu mövsüm müdafiəçi 15 oyunda meydana çıxıb. Onun münhenlilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.