Runidən Slota məsləhət: "Salahı oynatma"

  • Dünən, 18:29

"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş futbolçusu Ueyn Runi "Liverpul"un baş məşqçisi Arne Slota məsləhət verib.

Sportlife.az xəbər verir ki, o, Mersisayd klubunun hücumçusu Məhəmməd Salahın əsas heyətdən kənarda qalmalı olduğunu bildirib:

"Salah komandaya müdafiədə kömək etmir. Onun klubun əfsanəsi olduğunu başa düşürəm və etdiyi hər şeyi qiymətləndirirəm. Amma meydanda komanda yoldaşlarından az qaçır. Arne Slotun yerində olsaydım, bütün komandaya təsir edəcək böyük bir qərar verməyə çalışardım. Oyunlarda qalib gəlmədiyiniz zaman kompakt və məğlubedilməz qalmalısınız".

Bu mövsüm Salah 16 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: