"Milan"ın sükanı arxasında 100-cü qələbə

  • Dünən, 15:57

"Milan" A Seriyasının 12-ci turunda "İnter"i 1:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, bu, Massimiliano Alleqrinin "rossonyerler"in sükanı arxasında baş məşqçi kimi 100-cü qələbəsi olub.

58 yaşlı mütəxəssis Milan təmsilçisində bunu bacaran 7-ci məşqçi kimi tarixə düşüb.

Daha əvvəl Karlo Ançelotti, Nereo Rokko, Fabio Kapello, Stefano Pioli, Nils Lidolm və Arriqo Sakki bu mərhələyə çatmışdı.


Paylaş: