"Çelsi" tarixə düşdü
"Çelsi" İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə "Börnli"ni 2:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, London klubu Premyer Liqa tarixində əsas heyətində 30 yaşdan yuxarı oyunçusu olmadan ardıcıl 50 oyun keçirən ikinci komanda olub.
Daha əvvəl bunu 2012-ci ilin sentyabrından 2014-cü ilin yanvarına qədər "Aston Villa" bacarmışdı.
"Birmingem" isə 59 belə oyunla liqa rekordunu hələlik əlində saxlayır.