Ukraynalı hücumçuya Azərbaycandan təklif

  • Bu gün, 11:53

Ukrayna millisinin hücumçusu Aleksey Qutsulyak Azərbaycandan təklif alıb.

Sportlife.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İddiaya görə, iki klub 27 yaşlı forvardla yaxından maraqlanır. Lakin həmin komandaların adları açıqlanmayıb.

“Polesye”nin vingeri “Panatinaikos” və “Seltik”in də diqqət mərkəzindədir.

Qeyd edək ki, Aleksey Qutsulyak cari mövsüm “Polesye”nin heyətində 16 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.


Paylaş: