Martines Ronalduya niyə şans verir?
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştianu Ronalduya niyə etibar etdiyini və 40 yaşlı hücumçunu əsas heyətdə meydana buraxdığını izah edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis ulduz futbolçuya hələ də ideal formada olduğu üçün şans verdiyini bildirib:
"Son 30 oyununda 25 qol vurduğu üçün oynayır. Statistikası inanılmazdır. Milli komandanın düşərgəsinə gələndə peşəkarlığı, iş etikasını və hər gün inkişaf etmək istəyini nümayiş etdirir. O, kişi futbolu tarixində milli komandada 227 oyun keçirən yeganə oyunçudur".