Tanınmış məşqçidə xərçəng aşkarlandı
Danimarka və Norveç milli komandalarının keçmiş baş məşqçisi Oqe Hareyde beyin xərçəngi ilə mübarizə aparır.
Sportlife.az xəbər verir ki, 72 yaşlı mütəxəssisə bu ilin iyul ayının sonlarında həmin diaqnoz qoyulub. O, kimyaterapiyadan keçib. Güclü dərmanlar bədənini zəiflədib. Hazırda nitq pozğunluğundan əziyyət çəkir.
O, artıq məşqçilik edə bilməyəcəyini açıqlayıb.
Hareyde futbolçu karyerasını bitirdikdən sonra "Molde", "Helsinborq", "Brondp", "Rusenborq" və digər klubları çalışdırıb. Milli komanda səviyyəsində Norveç, Danimarka və İslandiya ilə işləyib. Danimarka millisini 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatına aparıb və 1/8 finala yüksəldib.