19 yaşlı futbolçu üçün 28 milyon
"Liverpul" yarımmüdafiəçi Kes Smiti transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu üçün tələb olunan qiymət təxminən 28 milyon avrodur. "Real", "Barselona", "Nyukasl" və "Borussiya" (Dortmund) da 19 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Smit bu mövsüm 20 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilə qədərdir.