AFFA nümayəndəsinə təyinat

  • Bu gün, 16:13

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turunda noyabrın 26-da keçiriləcək "Srvena Zvezda" (Serbiya) – "Jilina" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı "Rayko Mitiç" stadionunda təşkil olunacaq.


Paylaş: