"Barselona" rəhbərliyinə sərt tənqid

  • Bu gün, 16:51

"Bavariya"nın fəxri prezidenti Uli Hönes "Barselona" rəhbərliyini tənqid edib.

Sportlife.az xəbər verir ki, o, Kataloniya klubunun 1,3 milyard avrodan çox borcu olmasını qabardıb:

"Bu, absurd, eyni zamanda ağlasığmaz və dözülməzdir. Başqa heç bir ölkədə belə borcu olan komanda yüksək liqada oynaya bilməz. La Liqada isə heç nə baş vermir. "Barselona" komanda üçün təsəvvür etdiyim idarəetmə modeli deyil. Bu, "Bavariya"dakı nəzarətimiz və Avropa klubları üçün nümunə olacaq sabit maliyyəmizlə kəskin şəkildə ziddiyyət təşkil edir. Aydındır ki, sağlam idarəetmə, sağlam maliyyə təhlili və idman nəticələri riskli maliyyə manipulyasiyasından asılı deyil".

"Barselona" İspaniya La Liqasında 13 oyundan sonra 31 xalla 2-ci yerdədir.


Paylaş: