"Əvvəllər belə deyildim, yalnız hücumu düşünürdüm"
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 5-ci turunda "Tottenhem"ə qarşı keçirəcəkləri oyun barədə danışıb.
Sportlife.az xəbər verir ki, gürcü futbolçu öz çıxışına da toxunub:
"Əvvəllər belə deyildim, təkcə hücuma diqqət yetirirdim. Amma başa düşdüm ki, hər bir oyunçu müdafiəyə töhfə verməli, hücumda da iştirak etməlidir. Məşqçi sayəsində bu baxımdan inkişaf etmişəm və meydanda 100 faizimi verirəm. Qarşımızda uzun bir mövsüm var və çox istirahət etmirik. Bizim üçün çətindir; fiziki olaraq formaya qayıtmaq asan deyil, amma komanda və mən tam hazırıq. İndi özümü əla hiss edirəm".
Kvaratsxeliya bu mövsüm PSJ-nin heyətində 15 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.