Vardinin evindən 80 minlik oğurluq
"Kremoneze"nin hücumçusu Ceymi Vardinin evi qarət edilib.
Sportlife.az xəbər verir ki, hadisə A Seriyası "Roma" ilə oyunu zamanı baş verib.
Oğrular futbolçuya təxminən 80 min funt sterlinq ziyan vurublar. Evdən bahalı saatlar, zinət əşyaları, nağd pul və digər qiymətli əşyalar oğurlanıb.
Qeyd edək ki, görüş "Roma"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.