"Qalatasaray" Nino ilə maraqlanır
"Qalatasaray "Zenit"in müdafiəçisi Nino ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, Rusiya klubu Ninoya 15 milyon avro qiymət qoyub, lakin oyunçunun satışı prioritet hesab edilmir.
"Kruzeyro", "Fluminense" və "Vasko da Qama" da braziliyalı müdafiəçini izləyir.
Oyunçu "Zenit"ə 2024-cü ilin yanvarında "Fluminense"dən 11 milyon avroya keçib. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 15 oyun keçirib və qol vurmayıb.