Kurtua infeksiyaya yoluxdu
"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının V turunun "Olimpiakos"la oyununu buraxacaq.
Sportlife.az xəbər verir ki, belçikalı qapıçıya mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.
Qeyd edək ki, komandalar arasında oyun noyabrın 26-da Yunanıstanda keçiriləcək.