"Real" yetirməsini qaytarır
Argentina millisi və "Komo"nun hücumameyilli yarımmüdafiəçisi Niko Pas "Real"a qayıtmağa yaxındır.
Sportlife.az xəbər verir ki, müqavilənin qış transfer pəncərəsində deyil, mövsümün sonunda baş tutmaq ehtimalı yüksəkdir. 21 yaşlı futbolçunun özü artıq bu transferə razılıq verib.
"Real" ötən yay yetirməsini "Komo"ya 6 milyon avroya satıb. Müqaviləyə 9 milyon avroya gerialma bəndi daxil edilib.
Pas bu mövsüm A Seriyasında 12 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.