Flikin qələbə şərhi
"Barselona"nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində səfərdə "Slaviya" üzərində qazanılan qələbəni (4:2) şərh edib.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis turnirdə oynamağın nə qədər çətin olduğunu gördüklərini bildirib:
"Ən əsası qələbə qazanmaqdır, qalanı öz-özünə gələcək. Yaxşı oynamalı, üç xal almalı idik və nə baş verdiyini gördük.
Fermin çox yaxşıdı, amma Dani Olmo da əvəzetmədən çıxıb yaxşı oynadı. Vacib qol vurdu. Levandovski tam 90 dəqiqə oynadı, əzmlə mübarizə apardı, bunu görmək əladır".