Keyn İnzaqini qabaqladı

  • 22 Yanvar 2026, 10:45

"Bavariya" Çempionlar Liqasının 7-ci tur matçında evdə "Union"u 2:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, matçda hər iki qolu Harri Keyn vurub.

Bu, onun Çempionlar Liqasında rəqib qapılarından keçirdiyi 46 və 47-ci qollar olub.

O, turnirin ən çox qol vuran oyunçuları siyahısında Filippo İnzagini (46) keçərək 47-ci yerə yüksəlib. O, yalnız Andrey Şevçenko, Məhəmməd Salah və Zlatan İbrahimoviçdən (hər biri 48) geri qalır.

Kriştianu Ronaldu karyerasında vurduğu 140 qolla siyahıya başçılıq edir.


Paylaş: