"Qarabağ" belə ot örtüyündə oynamağa öyrəşib"

  • 11 Dekabr 2025, 00:18

Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”a qalib gəldikləri oyundan (4:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.

– Maraqlı oyun alındı. Məncə, “Qarabağ”ın da qollarının keyfiyyəti yaxşı idi. Böyük şansları oldu ki, önə keçsinlər. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. 1:2 geridə olanda yenidən qol vurmaq çətin idi. Amma sonda bunu bacardıq.

– Nəhayət, 3 xal qazandınız. Sizcə, qələbəni gətirən əsas amil nə idi?
– Əsas məsələ necə oynamağımızdan, taktikamızdan ibarət idi. Düzdür, daha yaxşı ola bilərdik. Oyun çətin keçdi, amma istədiyimiz nəticəni qazandıq.

– Çempionlar Liqasıında geridönüşünüz olmuşdu?
– Buna sevinirəm. Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır. Nəticədən məmnunam. Belə oyunlarda xırda detallar həlledici olur.

– Futbolçularınız çox sürüşürdü. Amma “Qarabağ”ın oyunçuları yox...
– Bəli, ola bilər, “Qarabağ” belə ot örtüyündə oynamağa öyrəşib. Bizim üçün çətin oldu.

– “Feyenoord”la matç üçün özünəinamınız artacaq?
– Bəli. İstəyirik ki, qələbə seriyamızı davam etdirək.

– Paltardəyişmə otağında ilk qələbəni necə qeyd etdiniz?
– Böyük sevinc var idi. Azarkeşlərimiz də böyük dəstək göstərdi. İnanılmaz hisslər yaşayırıq.

– Meydana çıxan gəncləriniz haqda nə düşünürsünüz?
– Pis oynamadılar. Aaron da özünü yaxşı göstərdi. Gənc olmalarına baxmayaraq, bu cür səviyyəyə hazır olduqlarını göstərdilər.

– İlk qələbə münasibətilə təbrik edirəm. Son 10 dəqiqədə 3 qol vurdunuz. Həmin an “Qarabağ”ı nədə üstələdiniz?
– Məncə, ilk növbədə komandanın yaxşı təşkil olunması vacib məqam idi. “Qarabağ”ın güclü və zəif tərəflərini bilirdik.


Paylaş: