"Qarabağ" "Napoli"yə uduzdu

  • Bu gün, 01:57

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

Sportlife.az xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott MakTominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

Bununla da "köhlən atlar" cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində 2-ci məğlubiyyətini alıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da evdə Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.


Paylaş: