"Qarabağ"ın rəqibi yeni transferə hazırlaşır

  • 16 Dekabr 2025, 18:27

“Bornmut”un vingeri Antuan Semenyo İngiltərə Premyer Liqasının son çempionu “Liverpul”un maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, mersisaydlılar 25 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndəriblər.

Qanalı vinger hücum xəttində “qırmızılar”ın lideri Məhəmməd Salahı əvəzləyə bilər. 

Semenyonun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. O, cari mövsümdə “Bornmut”un heyətində 15 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.


Paylaş: