"Qarabağ"ın rəqibindən yeni ilə uğursuz start
İngiltərə Premyer Liqasında XIX turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Liverpul" doğma meydanda "Lids"i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra Mersisayd klubu turnir cədvəlində 33 xalla 4-cü, "Lids" isə 21 xalla 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Liverpul"la yanvarın 29-da İngiltərədə üz-üzə gələcək.