Səfirdən "Qarabağ"la oyun üçün hədiyyə
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”la qarşılaşacaq.
Sportlife.az xəbər verir ki, Almaniyanın Azərbaycanda yerləşən səfirliyi matçla bağlı müsabiqə elan edib.
Belə ki, elanda oyunun hesabını düz tapana səfir tərəfindən hədiyyə veriləcəyi yazılıb: "UEFA Çempionlar Liqası çərçivəsində bu gün axşam 21:45-də Tofiq Bəhramov stadionunda "Qarabağ" "Ayntraxt" komandası ilə üz-üzə gələcək.
Oyun üçün proqnozunuz nədir? Təxminlərinizi şərhlərdə yazın! Oyunun nəticəsini düzgün təxmin edənlərdən bir nəfərə püşkatma ilə səfir Horlemann tərəfindən mükafat olaraq hədiyyə təqdim ediləcək”.