Norveç də boykotdan imtina etdi

  • Bu gün, 18:32

Norveçin Baş naziri Yonas Qar Störe ABŞ prezidenti Donald Trampın siyasətinə cavab olaraq, bu il ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının boykot olunmasını dəstəkləmədiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, o, hazırda ABŞ ilə müəyyən fikir ayrılıqlarının olduğunu, lakin bunun mundialı boykot edəcək səviyyədə olmadığını bildirib.

Qeyd edək ki, bu mövzu Trampın Danimarkanın Qrenlandiya üzərindəki hüquqlarını açıq şəkildə şübhə altına alması fonunda gündəmə gəlib. Tramp Qrenlandiyanın ABŞ-ın təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını iddia edərək, Vaşinqtonun bu ərazini ilhaq edəcəyini bildirib.


Paylaş: