Məşhur futbolçuya ağır itki
"Mançester Yunayted"in sabiq futbolçusu Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç Belqradda ölü tapılıb.
Sportlife.az xəbər verir ki, faciənin baş vermə səbəbləri açıqlanmayıb. Nemanya özü də hələlik qardaşının ölümü ilə bağlı şərh verməyib.
Dusan Vidiç haqqında çox az şey məlumdur. Onun Nemanyanın ulduz futbolçu olmasında xüsusi xidmətləri olub. Çünki kiçik qardaşını futola məhz Duşan yazdırıb.