Premyer Liqaya qayıtdı
“Aston Villa” cinah yarımmüdafiəçisi Leon Beylinin komandaya geri qayıtdığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, yamaykalı futbolçu ötən yay “Roma”ya icarəyə verilmişdi. Lakin 28 yaşlı oyunçu mövsümün ilk yarısında zədələndiyi üçün stabil forma şansı qazana bilməyib.
Beyli “Roma”da ümumilikdə 317 dəqiqə meydanda olub. O, paytaxt klubunun heyətində keçirdiyi 11 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.