Azərbaycan millisi finala vəsiqə qazanıb
Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Sportlife.az xəbər verir ki, yığma qarışıq komanda yarışının yarımfinalda Qazaxıstan millisi ilə üz-üzə gəlib. Azərbaycan millisi rəqibini üstələyərək (4:1) finala yüksəlib. Həlledici dueldə rəqib Özbəkistan millisi olacaq.
İslamiada noyabrın 21-də başa çatacaq.