Latviyada 2 qızıl medal
Latviyanın paytaxtı Riqada Avropa Cüdo Ümidləri Turniri keçirilib.
Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Səccət Tağıyev (U-15, 42 kq) gümüş, Cahid Bayramlı (U-15, 66 kq) isə bürünc mükafata sahib çıxıb.
Turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.