Azərbaycan üzgüçüsü gümüş medal qazandı

  • 28 İyun 2024, 15:22

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.

Sportlife.az xəbər verir ki, idmançı 1500 metr məsafəyə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medal qazanıb.

Beynəlxalq yarışda ölkəmizi həmçinin Oqtay Hüseynov, Vlastilina Xasyanova və Xumar Mustafayeva təmsil edirlər.

Qeyd edək ki, "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları iyulun 4-dək davam edəcək.


Paylaş: