"Sanderlend" baş məşqçisini istefaya göndərdi

  • 5 Dekabr 2023, 11:49

"Sanderlend" baş məşqçisi Toni Moubrey ilə yollarını ayırıb. 

Sportlife.az xəbər verir ki, son 9 matçdan yalnız 2-də qalib gələn komanda turnir cədvəlində 9-cu yerə düşüb.

Vəziyyət ölümcül görünməsə də, klub rəhbərliyi ötən mövsüm Premyer Liqaya qayıtmağa yaxın olduğu məşqçini işdən çıxarmaq qərarına gəlib. Klubun idman direktoru Kristian Spykman etiraf edib ki, “qərar çətin idi” və klub hazırda yeni məşqçi axtarışındadır.

 


Paylaş: