"Formula 1"də yeni məkan

  • 16 Dekabr 2025, 13:11

Portuqaliya Qran-prisi rəsmən "Formula 1" təqviminə daxil ediləcək.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Formula 1"in baş direktoru Stefano Domenikali bildirib.

Yarışın 2027 və 2028-ci ildə "Alqarve" avtodromunda təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Portuqaliyada ilk Qran-pri 1958-ci, sonuncu isə 2021-ci ildə keçirilib. Sonuncu yarışın qalibi "Mercedes" pilotu Lüis Hemilton olub.


Paylaş: