Ölkə birinciliyində iştirak edəcək taekvondçuların sayı məlum oldu

  • 2 Aprel 2024, 17:46

Azərbaycan birinciliyində mübarizə aparacaq kiçik yaşlı taekvondçuların sayı məlum olub.

Sportlife.az xəbər verir ki, üç gün davam edəcək və ilk dəfə keçiriləcək yarışda 362 (285 oğlan, 77 qız) idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, aprelin 3-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda start götürəcək birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək. Yarışlar hər gün saat 09:00-da start götürəcək.


Paylaş: