
Tanınmış tennisçi cəzalandı
Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner dopinqə görə üç ay müddətinə diskvalifikasiya edilib.
Sportlife.az xəbər verir ki, 23 yaşlı italiyalı mayın 4-dək yarışlarda çıxış etməyəcək.
2024-cü ilin martında Sinnerin klostebol testi müsbət nəticə vermişdi. Amma maddənin idmançının bədəninə ondan xəbərsiz daxil olduğu və onun performansını artıran təsirinin olmadığı, qanun pozuntusuna tennisçinin ətrafının səhlənkarlığının səbəb olduğu müəyyənləşib.
Bu səbəbdən WADA-nın cəzası böyük olmayıb.
Qeyd edək ki, Sinner diskvalifikasiya müddətində İndian-Uells, Mayami, Monte Karlo və Madriddə keçiriləcək "Masters" turnirlərini buraxacaq, lakin Romadakı "Masters" yarışı zamanı (7-18 may) qayıda və "French Open"də çıxış edə biləcək.