Ançelotti "Liverpul"dan təklif alıb

  • 15 Aprel 2025, 15:32

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 2015-ci ilin oktyabrında Brendan Rocersin istefaya göndərilməsindən sonra "Liverpul"un sükanı arxasına keçməyə yaxın olub.

Sportlife.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssisin özü açıqlama verib.

Onun sözlərinə görə, "qırmızılar"ın rəhbərliyi sonda bu posta Yurgen Kloppu təyin edib.

Ançelotti isə 2019-cu ildə “Everton”dan gələn təklifi qəbul edərək, Mersisaydın digər təmsilçisində işə başlayıb.


Paylaş: