"Arsenal" 2 futbolçusunu itirdi
"Arsenal"ın Deklan Rays və Kristian Moskera zədələnib.
Sportlife.az xəbər verir ki, onlar Premyer Liqanın 14-cü turunda "Brentford" üzərində 2:0 hesablı qələbə qazandıqları oyunda sıradan çıxıblar.
Futbolçuların durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
"Arsenal" Premyer Liqada 33 xalla turnir cədvəlinə başçılıq edir. "Brentford" isə 19 xalla 12-ci yerdədir.