Ryera ilə yeni müqavilə
"Selye" baş məşqçisi Albert Ryera ilə müqaviləsini uzadıb.
Sportlife.az xəbər verir ki, uzunmüddətli sözləşmənin detalları açıqlanmayıb.
Ryera 2024-cü ilin yayından "Selye"ni çalışdırır. Komanda 17 oyundan sonra Sloveniya çempionatında 40 xalla liderdir.
İspaniyalı məşqçi əvvəllər "Bordo" və Sloveniyanın "Olimpiya" klublarına rəhbərlik edib.