"Sabah"ın sabiq baş məşqçisi I Liqada?
"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski "Ural"ın sükanı arxasına keçə bilər.
Sportlife.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Yekaterinburq klubunda baş məşqçi vəzifəsinə əsas namizəddir.
Hazırda "Ural"ı Miroslav Romaşenko çalışdırır, lakin onun rəhbərliyi altında komanda 3 oyundur qələbə qazana bilmir və I Liqanın lideri "Fakel"dən 7 xal geridədir.
Berezutski bu ilin iyununda "Sabah"dan ayrılıb.