Neymar "Santos"a həyat verdi

  • Bu gün, 10:48

"Santos" Braziliya A Seriyasının 37-ci turunda səfərdə "Juventude"yə 3:0 hesabı ilə qalib gəlib.

Sportlife.az xəbə verir ki, qonaqların hər 3 qoluna Neymar imza atıb. O, toplardan birini penaltidən vurub.

Bu qələbə elitada qalmaq uğrunda mübarizə aparan "Santos" üçün çox vacib idi. Xallarının sayını 44-ə çatdıran komanda düşmə zonasından çıxıb.

Son turda "Santos" "Kruzeyro" ilə qarşılaşacaq.


Paylaş: