"Atletik"in məşqçisi ən yaxşı seçildi
La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Sportlife.az xəbər verir ki, bu mükafata "Atletik"i çalışdıran Ernesto Valverde layiq görülüb.
"Atletik" ötən ay La Liqada 4 oyun keçirdib. Bilbao klubu bu oyunların üçündə qələbə qazanıb, birində isə heç-heçə edib.
Onlar hal-hazırda 14 xalla 5-ci yeri tutur.