"Barselona"da şok itki
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo 2025-ci ilin sonuna qədər oynamayacaq.
Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu La Liqanın 19-cu turunda "Atletiko" ilə matçda (3:1) çiynindən zədə alıb.
Kataloniya klubu Olmonun zədə səbəbindən üç həftəlik sıradan çıxdığını açıqlayıb.