Yamal özünə güvənir
"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal azarkeşlərin yüksək gözləntilərindən danışıb.
Sportlife.az xəbər verir ki,18 yaşlı futbolçu təzyiqin fərdi bir şey olduğunu bildirib:
"Bəzi insanların gözləntiləri var, amma mənim yoxdur. Özümə və istədiyim hər şeyə nail ola biləcəyimə əminəm".
Yamal bu il "Qızıl top" səsverməsində yalnız Usman Dembeledən geri qalaraq ikinci yeri tutub.