Koxalski "Qarabağ"dan ayrıla bilər

  • Bu gün, 15:09

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin Avropanın bir neçə tanınmış klubunun maraq dairəsinə düşüb.

Sportlife.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, polşalı qolkiper A Seriyasının son qalibi "Napoli"nin də diqqət mərkəzindədir.

Eyni zamanda, Almaniyanın "Borussiya" (Dortmund) klubunun 25 yaşlı oyunçunu transfer etmək istədiyi bildirilib.

Hətta Koxalskinin qış fasiləsində Ağdam klubundan ayrıla biləcəyi iddia olunur.

Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.


Paylaş: