De Bruynenin qayıdışı yubanır
"Kevin de Bruyne hələ oynaya bilməz. Ümid edirəm, o, beynəlxalq fasilədən sonra özünü daha yaxşı hiss edə bilər".
Sportlife.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib. İspaniyalı mütəxəssis 18 sentyabrdan bəri meydanlardan uzaq qalan De Bruynenin məşqlərə başlasa da, hələ tam hazır olmadığını açıqlayıb:
"O, özünü daha yaxşı hiss edir, məşq edə bilər, amma rəqabət üçün bizə lazım olan səviyyədə deyil. Topa vuranda hələ də ağrıları olur".