III Liqa klubundan "Barsa"ya atmaca

  • 16 Dekabr 2025, 14:15

III Liqa təmsilçisi “Qvadalaxara”nın sosial media hesabında İspaniya Kubokunun 1/32 final mərhələsində "Barselona" ilə oyundan əvvəl yumoristik paylaşım dərc edilib.

Sportlife.az xəbər verir ki, paylaşımda "Rəng aktivləşdirilib - 1/8 finala doğru. Sənin üçün gəlirik, "Barselona" cümlələri yazılıb.

Bu ifadə Kataloniya klubunun prezidenti Joan Laportanın sözdə "iqtisadi rıçaqlarına" istehzalı istinaddır. 

Komandalar arasında oyun bu gün Qvadalaxarada keçiriləcək.


Paylaş: