Jota sabiq klubuna qayıtdı
"Seltik" "Renn"dən sol cinah müdafiəçisi Jotanı transfer edib.
Sportlife.az xəbər verir ki, Şotlandiya klubu 25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
Transfer məbləği 10 milyon avro olub. Portuqaliyalı daha əvvəl də Qlazqo komandasında çıxış edib.
Bu mövsüm Jota "Renn"in heyətində 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.