Klopp şok məğlubiyyətdən danışdı

  • 12 Aprel 2024, 10:41

Bazar ertəsi bu oyunun videoyazısına baxacam. Ancaq indi onu söyləyə bilərəm ki, daha yaxşı oynamaq üçün təkmilləşdirməli olduğumuz bir neçə şey var”. 

Sportlife.az xəbər verir ki, bu sözləri  "Liverpul"un baş məşqçisi Yurgen Klopp bildirib. O, bunu Avropa Liqasının 1/4 final mərhələsinin “Atalanta"ya qarşı ev matçındakı ağır məğlubiyyəti (0:3) şərh edərkən qeyd edib.

O deyib ki, komandası pis oynayıb. Ona görə də məğlubiyyətə layiq olub.

Alman mütəxəssis cavab görüşündə səfərdə komandasının 4 top fərqi ilə qalib gəlməsinin mümkünlüyünə dair sualı belə cavablandırıb: “Heç bir fikrim yoxdur. Amma indi özümüzü pis hiss edirik və bu, əsas məsələdir. Belə məqamlarda həmişə elə görünür ki, rəqib mərhələ adlayıb. Amma cavab matçını keçirənə qədər heç nə həll olunmayıb.

Bizim üçün dəhşətli oyun oldu. Bilirəm ki, bizim uşaqlar yaxşı oynaya bilərlər. Amma bu gün onlar bunu etmədilər”.

Qeyd edək ki, “Atalanta” - “Liverpul” matçı aprelin 18-də keçiriləcək.

 


Paylaş: