"Mən jurnalisti vurmamışam"
Jurnalistə hücumda günahlandırılan "Qalatasaray"ın futbolçusu Viktor Osimhen hadisəyə münasibət bildirib.
Sportlife.az xəbər verir ki, nigeriyalı hücumçu media nümayəndəsini vurmadığını söyləyib:
“Sadəcə, onun yanına getdim və şəkli silməli olduğunu söylədim. Bu, mənim şəklimdir və ona fotonu silməsini deməyə tam haqqım var. Bilirdim ki, yalan danışacaqlar. Təbii ki, bu vəziyyəti həll etmək asan olmayacaq. Çox qışqırmağa ehtiyac yoxdur, amma lazım olan addımları atacağam".